- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
FİDE prezidentinin köməkçisi Berik Balqabayev Rusiya KİV-lərinə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, həmkarlarımızlı söhbətdə o, Beynəlxalq Şahmat Federasiyasının bu idman növünün Qış Paralimpiya Oyunlarının proqramına daxil olunması üçün müraciət edəcəyini söyləyib. BOK bazar ertəsi Monte-Karloda keçirilən sessiyasında şahmatın Qış Olimpiadasının proqramına daxil olunması təklifini rədd edib və qərara alıb ki, bu hüquq yalnız buz və ya qar üzərində keçirilən yarışlara şamil edilir. Balqabayev deyib:
“Bu qərarın səbəbləri bizə aydındır. Biz nizamnamənin dəyişdirilməsini və “büz və ya qar üzərində keçirilən” sözlərindən sonra, vergül qoyub “habelə şahmat kimi intellektual idman növləri üzrə” sözlərinin əlavə olunmasını təklif edirdik. Təəssüf ki, BOK bu təklifi qəbul etmədi, lakin FİDE şahmatın olimpiya idman növləri sırasına daxil edilməsi cəhdlərindən əl çəkməyəcək. Hazırda biz səylərimizi Qış Paralimpiya Oyunları proqramına daxil olmağın mümkünlüyü üzərində cəmləşdirəcəyik. Şahmat ən demokratik idman növüdür, bizdə bu oyunu qadınlara və kişilərə bölmək qəbul edilməyib, Dünya Şahmat Olimpiadasında isə başqa komandalarla yanaşı, fiziki imkanları məhdud olan insanlardan ibarət üç komanda çıxış edib”.
B.Balqabayev sözünə davam edərək deyib: “Əlbəttə, bizim əsas məqsədimiz Olimpiya oyunları proqramına daxil olmaqdır. Dünyanın 117 ölkəsində şahmat federasiyaları milli olimpiya komitələrinə daxildir, 130 ölkədə şahmat idman növü kimi tanınıb. Qış Olimpiadasının proqramına daxil edilmiş idman növlərinin heç də hamısı belə göstəricilərlə öyünə bilməz. 2015-ci ilin aprel ayında Soçidə “Sportakkord” konvensiyası nəzərdə tutulur, biz orada BOK nümayəndələri ilə görüşlər keçirəcəyik”.