- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Bu gün İndoneziyada qadın voleybolçuların super liqasında əsas mərhələyə start verilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı Ziya Rəcəbovun baş məqşçi olduğu «Cakarta» klubu ötən ilin çempionu “Popsivo Polvan”a 3:1 qalib gəlib.
Qarşı tərəfdə serbiyali Avropa cempionu, olimpiya 2-cisi Tijana Malesevic və dunya kubokunun ən yaxşi dioqonal oyuncusu dominikanli Gina Mambru da yer alıblar. Baş məşqçi tailandlıdır.
«Cakarta» bu görüşü tək legionçu – Odina Əliyeva ilə keçirib. Millimizn üzvü matçın ən yaxşısı olub və 54 xal qazanıb. Ukraynalı voleyboçusu Anna Stepanyuk ailə problemləri səbəbindən 10 gün öncə komandadan ayrılıb.