- Baxış sayı: 23
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Mançester Siti”nin İngiltərə liqa kubokunun finalında “Arsenal”a 2:0 hesabı ilə qalib gəldiyi matçda “şəhərlilər”in qapıçısı Ceyms Trafford nadir nailiyyətlə yadda qalıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı qolkiper “Uembli” stadionunda keçirilən finalda start heyətində meydana çıxan ən gənc ingiltərəli qapıçı olub. O, bu göstərici ilə 1978-ci ildə “Nottingem Forest” – “Liverpul” matçında (18 yaş 124 gün) rekorda imza atmış Kris Vudsun nailiyyətindən sonra son 48 ilin ən gənc ingilis qapıçısı kimi tarixə düşüb.
Trafford final oyununda bir neçə möhtəşəm qurtarış, o cümlədən ilk hissədə Kay Haverts və Bukayo Sakanın zərbələrindən sonra etdiyi ardıcıl üç xilasetmə ilə qələbədə pay sahibi olub.
Bu qələbə ilə “Mançester Siti” tarixində 9-cu dəfə liqa kubokunun sahibi olub.