İngiltərə premyer liqasında ən çox məvacib alan futbolçular – TOP-10

“Spotrac” saytı İngiltərə premyer liqası oyunçularının illik maaşlarını dərc edib.

Allsport.az xəbər veirr ki, dumanlı albionda ən yüksək maaş alan oyunçu “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Brüynedir. O, ildə 24,79 milyon avro qazanır, onun cari klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand 23,24 milyon avro maaşla Kevin de Brüynedən bir qədər geri qalır.

“Mançester Yunayted”də çıxış edən braziliyalı Kasemiro və “Liverpul”dan misirli Salah hər biri 21,69 milyon avro alır.

TOP-10:

  1. Kevin de Brüyne (“Mançester Siti”) – 24,79 milyon avro.
  2. Erlinq Holand (“Mançester Siti”) – 23,24 milyon avro.
  3. Kazemiro (“Mançester Yunayted”) – 21,69 milyon avro.
  4. Məhəmməd Salah (“Liverpul”) – 21,69 milyon avro.
  5. Rəhim Sterlinq (“Çelsi/Arsenal”) – 20,14 milyon avro.
  6. Bernardo Silva (“Mançester Siti”) – 18,59 milyon avro.
  7. Cek Qriliş (“Mançester Siti”) – 18,59 milyon avro.
  8. Markus Reşford (“Mançester Yunayted”) – 18,59 milyon avro.
  9. Kay Havertz (“Arsenal”) – 17,35 milyon avro.
  10. Qabriel Jesus (“Arsenal”) – 16,42 milyon avro.

Həmin kateqoriyadan