- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında X turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa yaxşı başlayan kişilərdən ibarət əsas millimiz son turlarda davamlı zəif çıxış edir. İngiltərə yığmasına da uduzan qrossmeysterlərimiz medal qazanmaq imkanını itiriblər.
Azərbaycanın ikinci komandası Serbiya, üçüncü yığması isə Yaponiya ilə üz-üzə gələcək.
Kişilər, X tur
İngiltərə – Azərbaycan-1 (2,5:1,5)
1. Maykl Adams (2738) – Şəhriyar Məmmədyarov (2761) – 0,5:0,5
2. Devid Houell (2665) – Rauf Məmmədov (2666) – 0:1
3. Qveyn Cons (2635) – Arkadi Naydiç (2696) – 1:0
4. Naycel Şort (2666) – Eltac Səfərli (2688) – 1:0
Azərbaycan-2 – Serbiya (2:2)
1. Vasif Durarbəyli (2612) – İvan İvaniseviç (2650) – 1:0
2. Nicat Abbasov (2552) – Robert Markus (2662) – 0,5:0,5
3. Qədir Hüseynov (2625) – Nikola Sedlak (2537) – 0,5:0,5
4. Namiq Quliyev (2572) – Aleksandr İndyiç (2548) – 0:1
Yaponiya – Azərbaycan-3 (0:4)
1. Şinya Kojima (2398) – Vüqar Əsədli (2406) – 0:1
2. Ryosuke Nanjo (2340) – Nail Bəşirli (2387) – 0:1
3. Kohey Yamada (2100) – Abdulla Qədimbəyli (2294) – 0:1
4. Tanq Tanq (2108) – Pərviz Qasımov (2323) – 0:1
Yarış cədvəli: 1.ABŞ, 2.Ukrayna – 18 xal; 3.Rusiya – 17; 4.Kanada, 5.Hindistan, 6.Norveç… 10.İtaliya – 15; 19.Azərbaycan-1 – 13,… 38.Azərbaycan-2… 50.Azərbaycan-3 – 12.