- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Bu gün Rio-2016-da digər avarçəkənimiz İnna Osipenko-Radomskaya həlledici mərhələdə çıxış edib. Allsport.az saytı xəbər verir ki, o, 1-nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparıb.
1-nəfərlik kayak qayığında 200 metr məsafədə bürünc medal qazanan təmsilçimiz uğurun davamını gətirə bilməyib və bu mərhələdə sonuncu olub. O, 1 dəqiqə 56.573 saniyə nəticə göstərib.
Qeyd edək ki, bununla da avarçəkənlərimizin Riodakı çıxışı yekunlaşıb. Valentin Demyanenko (kanoe, 200 metr) 2-ci, Aleksandr Aleksandrov – Boris Yotov dueti (akademik avarçəkmə, 2000 m) 12-ci, Yure Meqliç (kanoe-slalom) 14-cü yeri tutublar.