İnna Osipenko-Radomskaya su idmanı növündə ilk olimpiya medalımızı qazanıb

Bu gün Rio-2016-da avarçəkənlərin kayak növündə 200 metr məsafəyə mübarizəsi davam edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya ilk 2 mərhələni 1-ci yerdə biritsə də, bu böyük uğurun davamını finalda gətirə bilməyib. Buna rəğmən, o, medal qazana bilib.

1-nəfərlik qayıqda yürüş Liza Karrinqtonun qələbəsi ilə başa çatıb. O, 4 il öncə olduğu kimi yenə olimpiya çempionu olub. Yeni Zelandiya təmsilçisi yeni rekordla qət edib – 39,864 san.

2-ci yeri 2012-ci ildə 5-ci olan polşalı Marta Valçikeviç tutub (40,279). 4 il öncə yalnız Lizadan geri qalıb, 2-ci pillədə qərarlaşan avarçəkənimiz, bu dəfə 3-cü yerlə kifayətlənib. Kayakçımız liderdən 0,537 san geri qalıb.

Ukrayna millisinin heyətində Pekin-2008-də qızıl, London-2012-də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya, 1-nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış sabah başlayacaq.

Həmin kateqoriyadan