- Baxış sayı: 29
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda “İnter” (futbolçu Sezar Meza Kolli və məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan”ın keçmiş baş məşqçisi Məmmədov Mətləb Əli oğlu (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “İnter”in müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Mil-Muğan”ın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər 6 aylıq cəzadan isə 1 illik sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.