- Baxış sayı: 33
- 11 Mart 2026 14:20
- Baxış sayı: 41
- Mart 11, 2026
- 0

FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Tramp ilə görüşərək qarşıdan gələn dünya çempionatına hazırlıq məsələlərini müzakirə edib.
Allsport.az xəbər verir ki, İnfantino turnirin başlamasına cəmi 93 gün qaldığını və hazırlıq prosesinin uğurla davam etdiyini bildirib.
Görüş zamanı tərəflər həmçinin İranın cari vəziyyəti və bu ölkənin milli komandasının DÇ-2026-ya vəsiqə qazanması mövzusuna da toxunublar. Prezident Donald Tramp İran yığmasının ABŞ-da keçiriləcək turnirdə iştirakı üçün heç bir maneənin olmayacağını və komandanın yarışa qatıla biləcəyini təsdiqləyib. İnfantino futbolun dünyanı birləşdirən gücünə diqqət çəkərək, göstərdiyi dəstəyə görə ABŞ rəhbərinə təşəkkürünü bildirib.