- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu “World Masters” yarışı başa çatıb.
Allsport.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Qadınların yarışında İrina Kindzerska (+78 kq) Fransa, Çin, Braziliya və Koreya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Niderland təmsilçisi Tessi Savelkoulsa uduzan cüdoçumuz mötəbər yarışın gümüş medalını qazanıb.
Bu, millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günü Rüstəm Orucov (73 kq) bürünc medala yetişib.
“Ustalar”da ilk yeri tutan 1800, gümüş mükafatçı 1260, 3-ci sıraya çıxanlar 900, 5-7-ci mövqelərə yiyələnənlər müvafiq olaraq 648 və 468 əmsal xalı qazanıblar.