- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Serbiya paytaxtı Belqradda şəxsi dünya kuboku davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə yunan-Roma güləşində ilkin mükafatçılar müəyyənləşib.
67 kq-da İslambəy Dadov finalda rusiyalı Nazir Abdullayevə yenilib. Eldəniz Əzizli (55 kq) 3-cü yer uğrunda görüşdə fürsəti qaçırmayıb.
Fərəhlidir ki, hər 2 bahadırımız görüşlərin gedişində ermənistanlı rəqiblərini böyük hesabla üstələyiblər.
Bu gün Beka Kandelaki (120 kq) bürünc medal üçün güləşəcək.