- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bakı idman sarayında gənc cüdoçuların ölkə birinciliyi start götürdü. Allsport.az saytının məlumatına görə, yarışın ilk günündə təntənəli açılış oldu. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə cüdo idman növünün populyar olduğunu söylədi.
Bildirdi ki, artıq regionlarda da bu idman növü geniş yayılıb. Ölkəmizdə cüdo üzrə bir sıra nüfuzlu yarışların keçirildiyini, bu turnirlərin həm təşkilatçılıq səviyyəsinə, həm də təmsilçilərimizin əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir.
Cüdo federasiyasının işinin beynəlxalq cüdo federasiyası da yüksək qiymətləndirir. Komandalarımız dünyanın müxtəlif yerlərində keçirilən mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil etmələri sevindirici haldır.