İsmayıl İsmayılov: Vüqar Həşimovun şahmata sevgisi böyük olub

«Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnir yüksək səviyyədə keçirilir. Elə bunun nəticəsidir ki, dünyanın ən güclü şahmatçıları 2 ildir ölkəmizə toplaşırlar». Allsport.az saytının məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dedi. Mütəxəssis bildirdi ki, Azərbaycanda şahmatın inkişafı ulu öndərin adı ilə bağlıdır:

«Digər sahələr kimi, şahmatın yüksəlişinin əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoymuşdür. Vüqar kiçik yaşlarında parlayarkən, ulu öndər onu qəbul etmiş, öz xeyir-duasını vermişdir. Həşimov, öz növbəsində, ona bəslənən etimadı doğruldub.

Şahmat komandamız 2 dəfə Avropa çempionu olub. İlk qələbədə Vüqarın böyük payı olub. Bir zamanlar o, dünya reytirqində 6-cı olub. Bir zamanlar səhhəti ilə bağlı həkimlər onun çıxışına qadağa qoysalar da, Vüqar mübarizəni davam etdirdi.

Bu ona şahmata olan sevgisindərn irəli gəlir. Bu mövsüm Dünya Kuboku, gələn il isə, Azərbaycanda şahmat olimpiadası keçiriləcək. Bu, bir daha ölkədə idmana olan diqqət və qayğının bariz nümunəsidir».

 

Həmin kateqoriyadan