- Baxış sayı: 33
- 09 Yanvar 2025 20:58
- Baxış sayı: 632
- Yanvar 03, 2025
- 0
Azərbaycan voleybol federasiyası yeniyetmə və gənclərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində Bakıda yerləşən “İstanbul Bakı” idman klubunda olublar.
Mütəxəssislər burada Bəxtiyar Hüseynov və Pərvin Hüseynovanın rəhbərliyi ilə məşq edən 50-dən çox 15 yaşadək qızların məşqini izləyiblər və müəyyən edilmiş kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar.
Seçilmiş 8 voleybolçu yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi”nə cəlb olunacaqlar.