- Baxış sayı: 45
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Belə çalışmalar, məşqlər uşaqlar üçün çox önəmlidir. Özüm xatırlayıram, uşaq vaxtı belə görüşlərin olmasını çox arzulayırdım. Onlar həm yarışlara yaxşı hazırlaşır, həm də bir-birilərinə qaynayıb-qarışırlar. İştirakçılar arasında istedadlı uşaqlar gördüm. Ümid edirəm ki, tezliklə Azərbaycan şahmatında yeni adlar eşidəcəyik, yeni ulduzlar, yeni qrossmeysterlər görəcəyik”.
Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan şahmat federasiyasında yeniyetmələr arasında ölkə çempionatının qalib və mükafatçıları üçün ustad dərsindən sonra KİV-lə təşkil olunan ayaqüstü görüşdə 3-qat Avropa çempionu Şəhriyar Məmmədyarov dedi. Onun fikrincə, uşaq və yeniyetmələr lazım olan nəticələri göstərə biləcəklər:
“Özəlliyə gəlincə, mən fərqli baxışlı şahmatçıyam, müəllimdən çox peşəkar idmançıyam. Bu üzdən uşaqlara ayrı cür yanaşıram. Yeniyetmələr arasında elələri vardı, onların həmin gedişlərin tapmalarına inanmazdım. Bu, çox xoş oldu. Ustad dərsində ölkənin ən yaxşıları toplaşmışdı. Onlara böyük ümid var. Amma özəllikləri hiss eləmək bu dəqiqə mənim üçün çox çətindir. Yaxın gələcəkdə bunu daha yaxşı hiss edəcəyəm. Yenə də, gördüklərim məni məmnun etdi”.