- Baxış sayı: 72
- 16 Dekabr 2025 10:00
- Baxış sayı: 38
- Dekabr 16, 2025
- 0

Rio-2016-nın qadın güləşi yarışında maraqlı hadisə qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, bu gün gecə saatlarında 53 kq-da bürünc medal uğrunda mübarizədə İsveçli Sofiya Mattsson çinli Çjun Syueçunla qarşılaşıb. Azərbaycanlı hakim Hicran Şərifovun idarə etdiyi görüş, adı ilk çəkilən idmançının xeyrinə bitib – 5:0.
Qələbədən çox sevincək olan skandinaviyalı güləşçi öncə məşqçilərini qucaqlayıb, onlardan təbrik alıb; sonra həmyerlimizə sarılıb. I-S dərəcəli referimizin bunu təbəssümlə qarşılayıb, onun əlini qaldıraraq qalib elan edib. Qələbəsini atılıb-düşməklə qeyd-edən isveçli, sonda rəqibini də qucaqlayıb.
Qeyd edək ki, Sofiya Mattsson dünya və Acropa çempionatlarının qalibi dəfələrdə mükafatçısıdır, Bakı-2015-də fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.