- Baxış sayı: 44
- 25 Fevral 2026 20:52
- Baxış sayı: 149
- Fevral 25, 2026
- 0

Yanvarın 6-na keçən gecə xokkey üzrə gənclər arasında dünya çempionatının final oyunu keçirilib. Allsport.az xəbər verir ki, həlledici qarşılaşmada İsveç yığması Çex respublikası komandasını 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Bu zəfər İsveç gənclər millisi üçün tarixdə üçüncü, 2012-ci ildən bəri isə ilk qızıl medaldır. Çex yığması isə tarixində üçüncü dəfə (Çexoslovakiya dövrü də daxil olmaqla 8-ci dəfə) turnirin gümüş medallarına sahib çıxıb.