- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

22 iyul – milli mətbuat günü münasibətilə gənclər və idman nazirliyi və Azərbaycan şahmat federasiyasının təşkilatçılığı ilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, yarış iyulun 13-də respublika şahmat mərkəzində təşkil olunacaq.
Turnir “A” və “B” qrupundan ibarət olacaq. Qalib və mükafatçılar 7 turdan sonra müəyyənləşəcək. Hər oyuna 5 dəqiqə vaxt veriləcək, hər gedişə 5 saniyə əlavə olunacaq. Hər qrup üzrə ilk 3 yeri tutacaq iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr veriləcək. Yalnız 1-ci yerin sahibləri diplomla təltif olunacaq.
Azərbaycan şahmat federasiyası hər il ənənəvi olaraq jurnalistlər arasında yarış təşkil edir. Bu, sayca 7-ci olacaq.