- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in qapıçısı Tadas Simaitis komandasının Avropa liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağını deyib. Allsport.az saytı xəbər verir ki, amma o, bunun heç də asan olmayacağını da bildirib:
“Əgər qitə miqyaslı turnirə yenidən vəsiqə qazanmağı düşünürüksə, yersiz yerə xal itirməməliyik. Bütün oyunlara maksimum nəticə üçün çıxmalıyıq. Rəqiblərimiz də eyni istəklə mübarizə aparırlar.
Ona görə də bu mövsüm daha çətin olacaq. Şans həmişə var, sədəcə, imkandan düzgün yararlanmaq lazımdır. Bizi qarşıda daha 14 oyun gözləyir. Marafon uzundur, layiqli şəkildə çıxış edib azarkeşlərimizi bir daha sevindirməliyik”.