- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Daşkənd “Böyük dəbilqə”si start görütüb. Allsport.az xəbər verir ki, ilk yarış rəqabətində cüdoçularımızdan ən yaxşı nəticəni Kəramət Hüseynov (60 kq) göstərib. O, “C” qrupunu qalib başa vursa da, sonrakı 2 görüşü yenilərək 5-ci yerlə kifayətlənib,
Oruc Vəlizadə (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq), qadınlarda Aişə Qurbanlı ilə Leyla Əliyeva (48 kq) mübarizəni daha erkən başa burublar.
“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.