- Baxış sayı: 18
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının 22-ci turu “Simurq”un qapıçısı Pavel Kapsanın “quru” seriyasının qırılması ilə əlamətdar olub. Allsport.az xəbər verir ki, 2015-ci ilin əvvəlki 3 oyununda qol buraxmayan polşalı “Qarabağ”la matçın 21-ci dəqiqəsində topu qapısında görüb. Reynaldo Silvanın qoluna qədər “Xəzər Lənkəran” (2:0), “Neftçi” (0:0) və “Qəbələ” (2:0) ilə qarşılaşmalarda qapısını toxunulmaz saxlayan Kapsanı sonuncu dəfə “Bakı” məyus etmişdi. Ötən il dekabrın 22-dəki matçın (5:2) 70-ci dəqiqəsində Nurlan Novruzov fərqlənmişdi. Pavel 311 dəqiqədən sonra qol buraxıb.
Kapsanın seriyası qırıldıqdan sonra 2015-ci ildə qol buraxmayan yeganə komanda “Sumqayıt”dır. Andrey Popoviç “İnter”, “Bakı” və AZAL-la görüşlərdə qapısını toxunulmaz saxlamaqla 0:0 hesablı heç-heçələrdə rol oynayıb. 18-ci turun “Qarabağ”la matçında (0:2) iştirak etməyən qolkiper sonuncu dəfə ötən il dekabrın 18-də “Qəbələ” ilə görüşdə (1:1) qapısında qol görmüşdü. Cavid Hüseynovun 86-cı dəqiqədəki qolundan sonra Popoviç 274 dəqiqəlik “quru” seriyaya malikdir.
Qeyd edək ki, mövsümün rekordu Səlahət Ağayevə məxsusdur. “İnter”in qapıçısı qapısını 535 dəqiqə toxunulmaz saxlayıb.