- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən yeniyetmə və gənclərin 9-cu dünya çempionatını 4 medalla başa vurublar. Allsport. az saytı xəbər verir ki, bundan əvvəlki yarışda 18-21 yaşlı gənclər arasında dünya çempionu adını qazanan birinci Avropa Oyunlarının qalibi İrina Zaretska (68 kq) bu dəfə gümüş medalla kifayətlənməli olub.
Digər gümüş mükafatları isə Elcan Məmmədrzayev və (61 kq) Fidan Teymurova (47 kq) qazanıblar. Yarışda 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Hümmət Baxşəliyev (57 kq) bürünc medala sahib olub.
Murad Hacızadə (76 kq-dan yuxarı) ilə Fəridə Abiyeva (61 kq) bürünc medal uğrunda görüşlərdə qələbəni əldən veriblər. Roman Heydərov (kata) və Sərxan Quluzadə (84 kq-dan yuxarı) isə yarımfinala vəsiqə uğrunda görüşlərdə hakimlərin ədalətsiz qərarları nəticəsində mübarizəni dayandırıblar.
Bu nəticə ilə Azərbaycan medal qazanan 37 ölkə arasında 14-cü yeri tutub. Dünya çempionatında 91 ölkədən 1420 idmançı iştirak edib.
Yarışdan əvvəl Dünya Karate Federasiyası (WKF) Hakimlər Komitəsində imtahanlardan uğurla keçən Vüqar Kərimov, Rinad Əliyev və Nərgiz Mehdiyeva beynəlxalq dərəcələrini yüksəldiblər. Həmçinin beynəlxalq hakim Yusif Məmmədovun lisenziyasının müddəti daha 4 il artırıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov nəticədən razı qaldığını bildirib. Ölkəmizin İndoneziyada səfirliyinin əməkdaşları yarış boyunca idmançılarımızı fəal dəstəkləyiblər.