- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində 4-cü tur başa çatıb. Allsport.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsen hesabat turunda autsayder Maykl Adamsla heç-heçə oynayıb.
Partiyadan sonra keçirilən mətbuat konfransında norveçli qrossmeyster heç-heçənin sürpriz olmadığını bildirib: “Partiyanın əvvəlindən üstünlük qazanmaq istədim. Fiqurların dəyişdirilməsi belə kömək olmadı. Ağ fiqurlar üçün daha geniş imkanlar görünürdü. Təhlükə çox az idi. Bu mənada heç-heçə normal nəticədir. Adamsla xalı yarı bölmək sürpriz deyil. Rəqib kifayət qədər yaxşı müdafiə olundu. Ümumilikdə, 4 turdan sonra çıxışımı yaxşı qiymətləndirirəm. Nəticə baxımından normaldı. Əminəm ki, növbəti 5 tur daha çətin olacaq. Hazırda turnir cədvəlindəki mövqeyim barədə düşünmürəm”.
İngiltərə şahmatçısı Maykl Adams isə onun üçün əsas mübarizənin bu turdan başladığını söylədi: “Çətin partiya idi. Karlsen üstünlük qazanmaqla dönüş yaratmağa cəhd edirdi. Qarışıqlıqda oynamaq asan deyil. Fikrimcə, dünya çempionuyla heç-heçə pis nəticə deyil. Razıyam ki, Şəmkirdə hələlik, öz oyunumu göstərmirəm. Turnir mənim üçün bir qədər yaxşı başlamadı. Bununla belə əsas mübarizə qarşıdadır. Əsas partiyalar hələ başlamayıb”.