Karlsen liderliyini qorudu

Vüqar Həşimovun şahmat Memorialının yeddinci turunda amerikalı Uesli So italyan Fabiano Karuanaya, ingilis Maykl Adams isə Hindistan qrossmeysteri Vişvanatan Ananda uduzub. Allsport.az xəbər verir ki, norveçli Maqnus Karlsen Rusiya şahmatçısı Vladimir Kramnikə qalib gəlib.

Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, habelə fransız Maksim Vaşye-Laqrav və holland Aniş Giri arasında oyunlar heç-heçə bitib.

Turnir cədvəlində indiki dünya çempionu 5,5 xalla irəlidədir. Vişvanatan Anand liderdən yarım xal geri qalaraq ikinci yerdədir. Fabiano Karuana və Uesli So dörd xalla 2-3-cü yerləri bölüşürlər. Onların ardınca 3,5 xalla Şəhriyar Məmmədyarov, hər biri 3 xal toplamış Maksim Vaşye-Laqrav, Aniş Viri, Rauf Məmmədov, 2,5 xalla Vladimir Kramnik, 2 xalla Maykl Adams gəlir.

Sabah səkkizinci turda Maykl Adams – Aniş Giri, Vladimir Kramnik – Maksim Vaşye-Laqrav, Uesli So – Maqnus Karlsen, Rauf Məmmədov – Fabiano Karuana, Vişvanatan Anand – Şəhriyar Məmmədyarov qarşılaşacaqlar.

Həmin kateqoriyadan