- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 81
- Noyabr 21, 2024
- 0
Sabah Almaniyanın Karlsrue və Baden-Baden şəhərlərində beynəlxalq “GRENKE Chess Classic” yarışına start veriləcək. Allsport.az saytı xəbər verir ki, 8 şahmatçının iştirakı ilə dairəvi sistemi üzrə keçiriləcək turnir aprelin 9-da başa çatacaq. İlk 3 tur Karlsruedə, qalan oyunlar isə Baden-Badendə keçiriləcək.
Turnirin iştirakçıları dünya çempionu Maqnus Karlsen (Norveç, 2843), Levon Aronyan (Ermənistan, 2797), Maksim Vaşye-Laqrav (Fransa, 2793), Fabiano Karuana (ABŞ, 2784), Vişvanatan Anand (Hindistan, 2779), Nikita Vityuqov (Rusiya, 2732), Arkadi Naydiç (Azərbaycan, 2705), Hou İfan (Çin, 2654), Georq Mayer (Almaniya, 2647) və Mattias Blübaumdur (Almaniya, 2635).