Karyerasını “Atletiko”da bitirmək istəyir

“Atletiko Madrid”in və İspaniya millisinin yarımmüdafiəçisi Markos Lyorente peşəkar karyerasını harada bitirmək istədiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçu məhz “matrasçılar”ın heyətində vidalaşmaq niyyətindədir.

O, klubda özünü dəyərli hiss etdiyini və müqaviləni yeniləmək üçün razılığa gələcəklərinə ümid etdiyini bildirib. Lakin Lyorente 35 yaşından sonra futbol oynamağı planlaşdırmadığını da qeyd edib.

“Real”ın yetirməsi olan Markos 2019-cu ildə 30 milyon avro qarşılığında “Atletiko”ya transfer olunub. O, “ağ-göylər”in heyətində keçirdiyi 291 matçda 36 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan