- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Cüdo federasiyasının qarşısında duran başlıca məsələlərdən biri ölkəmizdə kütləviliyə və inkişafa nail olmaqdır. Allsport.az saytı xəbər verir ki, ACF-in dəstəyi ilə respublikamızın müxtəlif bölgələrində cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, kiçik yaşlı yeniyetmələrə kimanolar verilib, mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq ölkəmizin bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.
Federasiyasının rəsmiləri bu dəfə Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən Kaspi liseyində olublar. Şagirdlərlə görüşdə çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Kaspi liseyinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Cüdo federasiyasına təşəkkürünü bildirib. Məktəblilərə kimanolar təqdim olunub, onlara uğurlar arzulanıb.