- Baxış sayı: 62
- 22 Mart 2026 15:42
- Baxış sayı: 137
- Mart 25, 2026
- 0
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların oyununda belə gərginlik olur. Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik. Düzdür, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən yararlanaraq, 2 qol vurdular”.