- Baxış sayı: 266
- 17 Noyabr 2024 18:18
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Niderlandın Eyndhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər. Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.
İdmançılara rəhbərlik edəcək “Caspian” kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar.
On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyin beynəlxalq turnirin təşkilatçısı “A1 World Combat Cup”dır.