Kirsan İlümjinov: “Bu final tarixə düşəcək”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən FİDE prezidenti Kirsan İlümjinov bu yarışın nəticə baxımından tarixə düşdüyünü dedi:

“Bəzilər şahmatda heç-heçələrin çox olduğunu yazır. Amma Bakıdakı Dünya Kubokunda məhsuldar partiyalar çox oldu. Finalda Sergey Karyakinlə Pyotr Svidler tarixi oyunun qəhrəmanlarına çevrildi. Belə final bəlkə 100 il sonra da təkrarlanmayacaq.

Çox yüksək performans izlədik. Karyakinlə Svidlerin görüşünün çoxu məhsuldar oldu. Bu final tarixə düşəcək. Belə yüksək səviyyəli Dünya Kuboku təşkil etdiklərinə görə Azərbaycan Şahmat Federasiyasına, Gənclər və idman Nazirliyinə, Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinə təşəkker edirəm”.

Həmin kateqoriyadan