- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
«Heydər Əliyevin dəstəyini göstərməsəydi, Harri Kasparov 13-cü dünya çempionu çempion ola bilməzdi»
«FİDE 182 ölkəni özündə birləşdirir. Mən bütün federasiyalar adından Şəmkir superturnirinə toprlaşanları salamlayıram. Azərbaycanın bu kiçik şəhəri olan Şəmkir əvvəl ölkədə tanınırdısa, indi Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq yarışın sayəsində bütün dünyada məşhurdur».
Allsport.az saytının məlumatına görə, bunu FİDE prezidenti Kirsan İlümjinov dedi. Qonaq bildirdi ki, şahmat Azərbaycada yüksək səviyyədə inkişaf edir: «Çox güman, bu ənənə ölkənin ümummilli lideri Heydər Əliyevin sayəsində olub. O, dəstəyini göstərməsəydi, Harri Kasparov 13-cü dünya çempionu çempion ola bilməzdi. İlham Əliyev 2009-cu ildə şahmatın inkişafına daim dövlət proqramını imzalayıb.
Bu, dünyada ilk belə addımdır. Bundan digərləri nümunə götürməlidirlər. Bu il Azərbaycanda Dünya Kuboku keçiriləcək. Həmin rəqabətdə 128 ölkə ölkə iştirak edəcək. Gələn il buruda şahmat olimpiadası təşkil olunacaq. Bu gözəl mmələkətdə hələ yenə görüşəcəyik».