Kişi boks yığmamızın Bakı-2017 üçün heyəti açıqlanıb

Kişi boksçulardan ibarət millimizin mayın 12-də Bakıda start götürəcək İslam oyunları üçün heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 11 gün davam edəcək yarışda ölkəmiz bütün çəkilkərdə təmsil olunacaq. Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verəcək.

Titullularımızdan dünya çempionları Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı-2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıblar.

Azərbaycan millisini heyəti: Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq).

Qeyd edək ki, İslam həmrəyliyi oyunları “Bullur saray”da keçiriləcək. Yarışlar mayın 12-də start götürəcək. Finallar isə mayın 18-nə təsadüf edəcək.

Həmin kateqoriyadan