- Baxış sayı: 76
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0
Azərbaycan cüdo federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi ilə iclas keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda baş katibi Elmar Babanlı, daimi fəaliyyət komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak ediblər.
Yığıncaqda kişilərdən ibarət millimizin Tokio olimpiadasındakı uğursuz çıxışı ilə əlaqədar məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla onun bütün köməkçiləri vəzifələrindən uzaqlaşdırılıb.