Kişi şahmat komandamızdan Avropa çempionatında növbəti qələbə

İslandiyanın paytaxtında kişi və qadın şahmat komandaları arasında  Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisi 2-ci turu da qələbə ilə başa vurub.

Şahmatçılarımız Danimarka kollektivini 3,5:0,5 hesabı ilə məğlub ediblər. Şəhritar Məmmədyarov, Eltac Səfərli və Arkadi Naydiç qələbə qazanıb, Rauf Məmmədov isə rəqibi ilə “sülh” bağlayıb.

İtaliya komandası ilə qarşılaşan Azərbaycanın qadın yığması isə bu turda rəqibə uduzub: 1,5:2,5. Təmsilçilərimizdən yalnız Gülnar Məmmədova keçirdiyi görüşü qələbə ilə başa vura bilib. Xəyalə Abdulla heç-heçə oynayıb, Zeynəb Məmmədyarova və Nərmin Kazımova isə uduzublar.

Xatırladaq ki, Avropanın şahmat üzrə hazırkı çempionu kişilər arasında Azərbaycan, qadınlar arasında isə Ukrayna yığmalarıdır.

Həmin kateqoriyadan