- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Kişi şahmat millisində nəsildəyişmə gedir. Bu, ağır prosesdir, bütün dünyada belədir. O üzdən nəticələrdə müəyyən fərqlilik olacaq”. Allsport.az saytı xəbər verir ki, bunu AŞF-in prezidenti Mahir Məmmədov Şuşada Vüqar Həşimovun xatirə superturnirinin açılışından sonra dedi. Onun özünə görə, bəzi aparıcı şahmatçılar artıq karyeralarını başa vurub, bəziləri də buna hazırlaşırlar:
“Qədir Hüseynov karyerasını bitirib. Teymur Rəcəbov da həmçinin. O, özünü millidə kapitan kimi sınadı. Fikrimcə, pis alınmadı. Şəhriyar Məmmədyarov da karyerasının qürub çağındadır. Nicat Abbasov böhrandadır. Abdulla Qədimbəyli istedalılarımızdan olsa da, artıq məşqçiliyə meyl edir. Vasif Durarbəylimin fürsəti özündədir.
Xaqan Əhməd, Məhəmməd Muradlı, Aydın Süleymanlı prespektivli şahmatçılardandır. Bizi gələcəyə nikbin baxırıq”.