- Baxış sayı: 44
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0
Reykyavikdə şahmat komandalar arasında Avropa çempionatında kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, 6-cı turda qrossmeysterlərimiz Niderland yığmasını 2,5:1,5 hesabı ilə məğlub ediblər.
Arkadi Naydiç İvan Sokolovu məğlub edib, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov isə oyunlarını heç-heçə başa vurublar. Hesabındakı xalların sayını 9-a çatdıran millimiz, turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Kişilərimiz Rusiya (11 xal) və Fransadan (10 xal) geri qalırlar. Azərbaycan şahmatçıları turnirin yeddinci turunda Latviya ilə qarşılaşacaqlar.
Qadınlardan ibarət millimiz isə Polşaya 1,5:2,5 hesabı ilə uduzub. Komandamız 6 xalla 16 pillədə yer alıb. Xanım şahmatçılarımız yeddinci turda Ermənistan komandası ilə üz-üzə gələcəklər.