- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Bu gün Reykyavikdə şahmat üzrə komandalararası Avropa çempionatı start götürür. Allsport.az saytı xəbər verir ki, şahmat üzrə kişi və qadınlardan ibarət millimiz növbəti dəfə bu şəhərdə təşkil edilən qitə yarışmasında təmsil olunur. Artıq Azərbaycan komandalarının birinci turdakı rəqibləri məlum olub. Kişi şahmatçılar Sloveniya, qadınlar Belçika kollektivləri ilə üz-üzə gələcəklər.
Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək. Belə ki, komandaların heyəti dörd əsas və bir ehtiyat oyunçudan ibarətdir.
Güclü zinsin nümayəndələrinin mübarizəsində ölkəmizi Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov və Eltac Səfərli, xanımlarda Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazımova təmsil edirlər.