Kişi şahmatçılarımızdan qələbə

Budapeştdə 45-ci ümumdünya şahmat olimpiadası davam edir.

Allsport.az xəbər verir ki, yarışa İordaniya və Finlandiya komandalarına qalib gəlməklə başlayan Azərbaycanın kişilərdən ibarət yığması 3-cü turda Moldova ilə qarşılaşıb.

Zəka sahiblərimiz 3:1 hesabı ilə üstün olaraq, qələbə seriyasını 3-ə yüksəldiblər. Komandamızın hesabında 6 xal var.

Qadınlardan ibarət millisi isə Argentina ilə üz-üzə gəlib. Yığmamız üstün olsa da Ülviyyə Fətəliyevanın məğlubiyyəti görüşün heç-heçə bitməsi ilə nəticələnib. Komandamız 5 xal toplayıb.

45-ci Şahmat Olimpiadası
III Tur, 13 sentyabr

Kişilər
Azərbaycan – Moldova – 3:1
Aydın Süleymanlı – İvan Şitko – 1:0
Nicat Abasov – Andrey Makovey – 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin – 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan – 0,5:0,5

Qadınlar
Azərbaycan – Argentina – 2:2
Günay Məmmədzadə – Kandela Fransisko – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Maria Xose Kampos – 0:1
Xanım Balacayeva – Anapola Borda – 0,5:0,5
Gülnar Məmmədova – Klaudia Amura – 1:0

Həmin kateqoriyadan