- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandası məğlubiyyətsiz irəliləyir.
Allsport.az xəbər verir ki, bu gün turnirin 4-cü turunda şahmatçılarımızın Macarıstan komandası ilə qarşılaşması heç-heçə ilə başa çatıb. Bundan əvvəlki turlarda kişi şahmatçılarımız qələbə qazanıblar.
Qadın şahmatçılarımızın Almaniya komandası ilə oyunları davam edir.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.