Kişi voleybolçularımız evdə Lüksemburq millisinə qalib gəlib

Kişi voleybolçulardan ibarət milli Avropa çempionatının seçmə mərhələsində lüksemburqlu həmkarlarını qəbul etdi. Allsport.az saytı xəbər verir ki, üstün oynayan meydan sabibləri rəqibi 3:1 üstələdi (25:18, 27:25, 21:25, 25:20).

Qarşılaşmanın baş hakimi bolqarıstanlı Stoyan Barev, 2-ci referi ukraynalı Vitaliy Parşin oldular. Hazırda “G” qrupuna 14 xalla Yunanıstan yığması öncüllük edir. Azərbaycan seçməsi 8 xalla 2-ci yerdədir.

İsveç komandası (5 xal) 3-cü, Lüksemburq (3 xal) sonuncudur. Voleybolçularımıa ayın 9-da Skandinaviyada yerli kollektivin qonağı olacaq.

Həmin kateqoriyadan