- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycanın kişilərdən ibarət şahmat yığması İsraildə start götürən komandalar arasında dünya çempionatına qələbələrlə başlayıb.
Allsport.az saytı xəbər verir ki, 1-ci turda millimiz Özbəkistana 2,5:1,5 qalib gəlib. Şəhriyar Məmmədov və Rauf Məmmədov rəqiblərini məğlub ediblər, Teymur Rəcəbov heç-heçə oynayıb, Aydın Süleymanlı yenilib.
2-ci turda komandamız ABŞ şahmatçılarını 3:1 hesabı ilə üstələyib. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qələbə qazanıblar, Qədir Hüseynov və Vüqar Əsədli rəqibləri ilə heç-heçə ediblər.
“B” qrupunda yer alan komandamız 2 turdan sonra 4 xalla vahid liderdir.