Fransalı cüdoçu: Azərbaycanın kişi komandası çox güclüdür, medallar qazanacağını düşünürəm

“Dünya çempionatına hazırlıq uzun müddətdir başlayıb. Yarış ilk dəfə olaraq sentyabrın sonlarına təsadüf edəcək. Ona görə də çox həyəcanlıyam”. Allsport.az saytı xəbər verir ki, bunu Fransanın qadın cüdoçulardan ibarət millisinin üzvü Klariss Aqbenyenu deyib. 63 kq-da çıxış edən titullu idmançı bildirib ki, yarışda əsas rəqibləri 2016-cı il Rio oyunlarının finalında uduzduğu sloveniyalı Tina Trstenyak və yaponiyalı Miku Tasiro olacaq: “Bütün rəqiblərimə hörmətlə yanaşıram. Amma  Trstenyak və Tasiro ən güclüləridir. Yenidən dünya çempionu olmağa çalışacağam”.
Toqo əsilli cüdoçu Azərbaycan  haqda da fikirini bölüşüb: “Azərbaycanın kişi cüdoçulardan ibarət komandası həqiqətən çox güclüdür. Onların medal qazancaqlarını düşünürəm. Hamısına uğurlar arzulayıram”.
26 yaşlı Aqbenyenu 2014 və 2017-ci il dünya çempionatlarının qalibidir. Bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatının qızıl medalını qazanan xanım idmançı əvvələr də 2 dəfə qitənin ən güclüsü olub. O, Bakı 2015 Avropa oyunlarında fərdi mübarizədə bürünc, qarşıq komanda yarışında qızıl medal qazanıb.
Xatırladaq ki, dünya çempionatı 20 – 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Həmin kateqoriyadan