Klub tarixinin ən bahalı transferi

“Kristal Pəlas” “Vulverhəmpton”dan norveçli hücumçu Yorgen Strand Larseni transfer etdiyini açıqlayıb. 

Allsport.az xəbər verir ki, bu keçid London klubunun tarixində ən bahalı transferdir.

Belə ki, “qartallar” Larsen üçün 43 milyon funt sterlinq ödəyəcək. 

25 yaşlı hücumçu 2030-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Bu mövsüm Larsen bütün yarışlarda 26 oyunda altı qol vurub və iki məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan