- Baxış sayı: 15
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 58
- Noyabr 21, 2024
- 0
“Los Angeles Lakers”ın əfsanəvi basketbolçusu Kobi Brayantın 2007/2008 mövsümündə öz avtoqrafı ilə kortuna çıxdığı köynəyi “Sotheby’s” hərracında 5,8 milyon dollara satılıb. Allsport.az saytı xəbər verir ki, bu onunla əlaqəli hər hansı bir əşya üçün rekord qiymətdir. Lotda köynəklə yanaşı, Kobinin ölümündən sonra ona həsr olunmuş divar rəsmlərinin foto kolleksiyası da olub.
2007/2008 mövsümünün sonunda Bryant karyerasında yeganə olaraq ABŞ milli basketbol assosiasiyasının ən dəyərli oyunçusu seçilib. 2008-ci ilin mayında basketbolçu mükafat alıb və bildirildiyi kimi, bu forma həmin mərasimində idi. Ümumilikdə, Kobi Brayant həmin mövsüm 6 pley-off oyunu da daxil olmaqla, 25 oyunda meydançaya çıxıb.
O, 26 yanvar 2020-ci ildə Kaliforniyanın Kalabasas şəhərində özəl “Sikorsky S-76” helikopterinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Qəzada onun 13 yaşlı qızı Canna və ailə dostları da daxil olmaqla, daha 8 nəfər həlak olub.