“Köhlən atlar” Bolqarıstan klubu ilə qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ”ın Antalyada keçirəcəyi təlim-məşq toplanışı zamanı qüvvəsini sınayacağı rəqiblərdən biri müəyyənləşib. Allsport.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Çerno More” klubu ilə qarşılaşacaq.

Bu barədə komandanın baş məşqçisi Nikola Spasov açıqlama verib. Amma o, oyunun vaxtını açıqlamayıb.

Qeyd edək ki, “Çerno More” 3 dəfə Bolqarıstan çempionu olub. Bu komanda ölkə çempionatının cari mövsümündə 19 oyun keçirib və 25 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan