- Baxış sayı: 36
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Aleksey Verqeyenko fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandasının məğlub olduğu (1:1, penaltilər 4:5) oyundan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu nümayiş etdirdi. Bundan əvvəl keçirdiyimiz oyunda Rusiya yığmasına böyük hesabla uduzmuşduq. Buna görə də psixoloji cəhətdən komandada vəziyyət yaxşı deyildi. Bacardığımız qədər futbolçuları oyuna kökləməyə çalışdıq. Penati seriyasından əvvəl qapıçı dəyişikliyi etməyim psixoloji amillə bağlı idi”.