Ardıcıl 2-ci qələbə

Azərbaycan voleybol federasiyasının idman zalında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə 1-ci kubokda növbəti oyunlar keçirilib.

Allsport.az xəbər verir ki, veteran kişi voleybolçuların mübarizə apardığı yarışın 2-ci günündə ilk olaraq meydançaya Saatlı və “İceland” komandaları çıxıblar.

Oyuna daha inamlı başlayan Saatlı komandası görüşdən 2:0 hesabı ilə qalib ayrılıb.
Günün son matçında isə “Algo Biç” və “Bosşelf” kollektivləri qarşılaşıblar.

Dünən “İceland” komandasını məğlub edən “Bosşelf” bu gün 2:0 hesabı ilə “Algo Biç”ə qalib gəlib.

Dörd komandanın mübarizə apardığı turnirin sonuncu günü, mayın 7-də ilk olaraq saat 12:00-da meydana “icelənd” və “Algo Biç” komandaları çıxacaqlar.

Saat 14:00-da isə “Bosşelf” – Saatlı kollektivləri üz-üzə gələcəklər.

Dairəvi sistemlə keçirilən yarışda ilk 3 yeri tutacaq komandalara kubok və medallar, həmçinin bütün iştirakçılara diplomlar veriləcək.

Mükafatlar sabah baş tutacaq qarşılaşmalardan sonra keçiriləcək turnirin bağlanış mərasimində təqdim olunacaq.

Həmin kateqoriyadan