Konor UFC-dən çıxarıldı

Keçmiş yüngül və orta yüngül çəkidə UFC çempionu irlandiyalı Konor Makqreqor liqanın döyüşçülər siyahısından çıxarılıb. Allsport.az xəbər verir ki, bu barədə “UFC Roster Watch” məlumat yayıb.

37 yaşlı idmançı daha əvvəl test siyahısına qayıtdıqdan sonra ilk dopinq testindən keçib. UFC prezidenti Dana Uayt Konorun Ağ Ev turnirində iştirak edə biləcəyini deyib.

Makqreqor 2021-ci ilin iyulunda ilk raundda Dastin Puareyə texniki nokautla məğlub olduqdan sonra MMA-da döyüşmür.

Onun qarışıq döyüş növləri üzrə 22 qələbəsi və altı məğlubiyyəti var.

Həmin kateqoriyadan