- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi ilə keçirilən yarış 5 turdan ibarət olub. Qalib adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.
5 oyundan 4 xal toplayan 4 könüllü arasında 2-3 cü yerin sahibini müəyyən etmək üçün tay-brek oynanılıb. Yekun nəticələrə əsasən Pünhan Talıbxanlı və Kənan Namazlı müvafiq olaraq 2-3-cü yerləri tutub. Qızlar arasında ən yaxşı nəticəni 5 oyundan hərəyə 3,5 xal toplayan Aysel Məmmədzadə və Aytac Zülfüqarlı əldə edib.
Yarışın mükafatçılarına kubok, medal və müxtəlif dəyərli hədiyyələr təqdim olunub. Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsəilməsi, könüllülərin komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.