- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 163
- Yanvar 19, 2025
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində 8-ci turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, “Synergy Group”un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda sabiq dünya çempionu rusiyalı Vladimir Kramnik və Fransa təmsilçisi Maksim Vaşye-Laqrav qarşılaşıblar. Görüş üç məğlubiyyətdən sonra qalib gələn Vladimir Kramnikin xeyrinə başa çatıb.
Oyundan sonra hər iki qrossmeyster öz oyunları barədə jurnalistlərlə fikirlərini bölüşüblər.
Vladimir Kramnik turnirin gərgin mübarizə şəraitində davam etdiyini qeyd edib: “Mən tam əminliklə deməzdim ki, turnirin qalibi məhz Maqnus Karlsen olacaq. Çox böyük rəqabət gedir. Qaliblər qismində Karlsenlə yanaşı Vişvanata Anand və Uesli Sonu görürəm. Amma etiraf etməliyəm ki, norveçli qrossmeyster həm çox güclü şahmatçıdır, həmdə güclü oyun göstərir. Və bunun nə qədər davam edəcəyi bilinmir”.
Maksim Vaşye-Laqrav isə, sabah keçiriləcək son turla bağlı fikirlərini bölüşüb: “Maqnus Karlsen güclü və təmkinli oyun göstərir. Amma 100% onu qalib görmürəm. Hər şey sonuncu turdan asılıdır”.